Sahibkarlar Konfederasiyasında AZBARTER şirkətinin təqdimatı olmuşdur

11 fevral 2010 cu il tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Milli Koordinasiya Bürosu və “Milli Koordinasiya Bürosuna dəstək və Tərəfdaşlıq və Əməkdaşlıq Müqavilələrinin yerinə yetirilməsi” Avropa Yardım Layihəsi ilə birlikdə "Rəqabətə davamlı bazarda sahibkarların rolu ” və “Horizontal Müqavilə, Kartel və qeyri qanuni razılaşmalar ”  mövzusunda seminar keçirmişdir.

Həmin tədbirdə iştirak edən Xəyal Məmmədxanlı tədbir çərçivəsində sahibkarların rəqabət qabiliyyətini artırmaqda əvəzsiz rolu olan barter sektoru və bu sahədə Azərbaycanın ilk və tək barter şirkəti olan AZBARTER haqqında sahibkarlara geniş məlumat vermişdir.  

 




Geriyə

Nə üçün Barter?

Bütün dünyanı sarsan və ötən ilin gündəminə damğasını vuran qlobal maliyyə böhranı bir daha göstərdi ki, nağd pul hər zaman öz sözünü deyir, ingilislər demişkən “Cash is the King”. Bəs nağd vəsaiti qorumaq, lakin, eyni zamanda fəaliyyəti davam etdirmək, hətta bazarınızı genişləndirmək, anbarlarınızdakı malları satmaq və ehtiyacınız olan mal və xidmətləri necə əldə etmək olar? Bu sualın yalnız bir cavabı var – BARTER yolu ilə.