AZBARTER Şirkətinin Prezidenti Xəyal Məmmədxanlı Xəzər Televiziyasına müsahibə vermişdir

   

 Azərbaycanın ilk və tək barter şirkəti olan AZBARTER Şirkətinin Prezidenti Xəyal Məmmədxanlı Xəzər Televiziyasının İqtisadi Baxış proqramına müsahibə vermişdir. Azərbaycanda və dünyada barter ticarətinin mahiyyətindən, sektorların inkişafında barterin rolundan, sistemin işləmə mexanizmindən bəhs edən cənab Məmmədxanlı Azərbaycanda ilk dəfə korporativ layihə kimi tətbiq edilən barterin sahibkarlara hədsiz üstünlüklər yarada biləcəyindən, şirkətlərin nağd pul problemini aradan qaldıracağına və onlara yeni ticarət imkanları yaradacağından əmin olduğunu vurğulayıb və tamaşaçıları maraqlandıran digər suallara cavab verib.

 




Geriyə

Nə üçün Barter?

Bütün dünyanı sarsan və ötən ilin gündəminə damğasını vuran qlobal maliyyə böhranı bir daha göstərdi ki, nağd pul hər zaman öz sözünü deyir, ingilislər demişkən “Cash is the King”. Bəs nağd vəsaiti qorumaq, lakin, eyni zamanda fəaliyyəti davam etdirmək, hətta bazarınızı genişləndirmək, anbarlarınızdakı malları satmaq və ehtiyacınız olan mal və xidmətləri necə əldə etmək olar? Bu sualın yalnız bir cavabı var – BARTER yolu ilə.