AZBARTER Dünya Barter Birliyinə üzv olub

Azərbaycanın ilk və tək barter şirkəti AZBARTER MMC Dünya Barter Birliyinə (İRTA) üzv olub. Bu barədə Dünya Barter Birliyinin İstanbulda keçirilən Avropa toplantısından qayıdan şirkətin prezidenti Xəyal Məmmədxanlı bildirib. Şirkətin rəhbəri "Dünya Barter Birliyinə üzv olmaqla biz dünyada barter əməliyyatlarının aparılması qaydaları ilə tanış olacaq, onların prosedur və təcrübələrini öyrənəcək və beynəlxalq barter təşkilatları ilə sıx əməkdaşlıq edəcəyik" deyə qeyd edib.  

  
Məlumat üçün bildirək ki, 2-5 dekabr tarixlərində İstanbulda Marriot Hoteldə Dünya Barter Birliyinin Avropa üzrə toplantısı keçirilib. 

Fotosessiya:

 

    

     
 

 




Geriyə

Nə üçün Barter?

Bütün dünyanı sarsan və ötən ilin gündəminə damğasını vuran qlobal maliyyə böhranı bir daha göstərdi ki, nağd pul hər zaman öz sözünü deyir, ingilislər demişkən “Cash is the King”. Bəs nağd vəsaiti qorumaq, lakin, eyni zamanda fəaliyyəti davam etdirmək, hətta bazarınızı genişləndirmək, anbarlarınızdakı malları satmaq və ehtiyacınız olan mal və xidmətləri necə əldə etmək olar? Bu sualın yalnız bir cavabı var – BARTER yolu ilə.